Azərbaycanda at oğurluğu ilə məşğul olan şəxslər ifşa edilib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 2013-cü ilin noyabr ayının 8-də Şabran rayonunun Ağalıq kəndi ərazisində kənd sakini Rüstəm Cabbarova məxsus 1 rəst at oğurlanıb. Şabran RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun Xudat şəhər sakinləri Alik Ramazanov, Riyad Hüseynov və əvvəllər məhkum olunmuş Mirzağa Cəlilov tərəfindən törədilməsi müəyyən edilib. Faktla əlaqədar cinayət işi başlanıb.
Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların Ağalıq kənd sakinləri Bayram Seyfullayevin və Ruslan Çorilovun 1 rəst atlarını oğurlamaları da müəyyən edilib.