
Azərbaycanda ana və körpə qızı yoxa çıxıb
Qusar rayonunda ana və azyaşlı qızı itkin düşüb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Xürel kəndində yaşayan Elmar Əskərov Qusar Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək, həyat yoldaşı 26.03.1988-ci il təvəllüdlü Qusar Mərkəzi rayon Xəstəxanasının psixo-nevroloji dispanserində qeydiyyatda olan Əskərova Sveta Arif qızının və 2011-ci il təvəllüdü qızı Əminə Əskərova ilə birlikdə yaşadığı evdən çıxaraq itkin düşməsi barədə məlumat verib.
Aparılan ilkin əməliyyat-axtarış tədbirləri nəticəsində ana və azyaşlı qızını tapmaq mümkün olmayıb.
Evdən çıxarkən S.Əskərovanın əynində qara rəngdə şalvar, yaşıl rəngdə uzunqol köynək, qızı Ə. Əskərovanın əynində isə göy rəngdə cins şalvar, qırmızı rəngdə uzunqol köynək və qırmızı rəngli idman ayaqqabısı olub.
Əskərova Sveta Arif qızının əlamətləri: boyu 160 sm, arıq bədən quruluşlu, yumru sifət, şabalıdı rəngdə saçları, gözlərinin rəngi qəhvəyidir.
Əskərova Əminə Elmar qızının əlamətləri: boyu 125 sm, arıq bədən quruluşlu, yumru sifət, şabalıdı rəngdə saçlı, gözlərinin rəngi qonur.
İtkin düşən ana və azyaşlı qızı barədə məlumatı olan şəxslərdən Qusar RPŞ-nə (023338) 5-28-03, 5-28-35, 5-43-19, Daxili İşlər Nazirliyinin 102 Xidməti-Zəng Mərkəzinə məlumat verməsi xahiş olunur.
Oxşar yazılar

Xəbərdaredici nişan olsaydı, Cümşüd ölməyəcəkdi… – Qurumdan açıqlama-VİDEO
30 iyun 2025 , 21:53
Yekaterinburqda vəhşicəsinə öldürülən azərbaycanlıların qardaşı danışdı-VİDEO
30 iyun 2025 , 21:47
Rusiyada öldürülən qardaşların meyiti yaxınlarına təhvil verildi-VİDEO
30 iyun 2025 , 21:05
Şamaxıda müəmmalı ÖLÜM: ailəsi qadının meyitini tapdı
30 iyun 2025 , 19:33
Perinatal Mərkəzdə 7 körpənin ölümünə görə şöbə müdiri ifadə verdi
30 iyun 2025 , 19:00
Saatlıda su üstündə MÜBAHİSƏ: Əmisini şüşə ilə doğradı
30 iyun 2025 , 18:42"Sputnik Azərbaycan"ın ofisində əməliyyat zamanı saxlanılanların adları
30 iyun 2025 , 18:33