Ağcabədi rayonunda 34 yaşlı hamilə qadın bətnindəki körpə ilə birlikdə ölüb. Lent.az-ın məlumatına görə, hadisə Ağcabədi rayonunda baş verib. Ağcabədiyə Sumqayıtdan qonaq gələn 1979-cu il təvəllüdlü Hüseynova Zərifə Əli qızı ağır vəziyyətdə Mərkəzi rayon Xəstəxanasına gətirilib. Daxil olarkən onun bətnindəki 6-7 aylıq dölün öldüyü məlum olub. Həkimlərin keçirdiyi qeysəriyə əməliyyatı zamanı Z.Əliyeva da dünyasını dəyişib.
Həkimlərin bildirdiyinə görə, qadın daha öncə 3 dəfə qeysəriyə əməliyyatı olunub. Onun 2 uşağı qalıb.
Faktla əlaqədar araşdırmalar aparılır.