Azərbaycanda aktrisa və körpəsi doğuş vaxtı ölüb
01 may 2014 17:19 (UTC +04:00)

Azərbaycanda aktrisa və körpəsi doğuş vaxtı ölüb

Yevlax rayonunda doğuş zamanı ana və uşaq ölüb.


 

Yevlax Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, 1983-cü il təvəllüdlü Pərvanə Vəli qızı Qurbanova Xaldan qəsəbə xəstəxanasında doğuş zamanı dünyasını dəyişib.
 

Doğuş zamanı ana ilə yanaşı, körpə də ölüb.


Xəstəxanadan bildirilib ki, uşaq həddindən artıq böyük olduğu üçün doğuş prosesi ləngiyib və bu zaman uşaq havasızlıqdan, ana isə çox qan itirdiyindən vəfat edib.


Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə APA-ya açıqlamasında hadisə ilə bağlı xəbərsiz olduğunu bildirib.

 

Qeyd edək ki, P. Qurbanova Mingəçevir Dövlət Dram Teatrının aktrisası olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10874
avatar

Oxşar yazılar