Azərbaycanda qətl törətdiyinə görə axtarışa verilmiş şəxs Rusiyada həbs edilib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Tərtər RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci maddəsi (Qəsdən adam öldürmə) ilə axtarışda olan Vasif Rüstəmov Rusiya Federasiyasının Perm şəhərində tutulub.
Hazırda onun ekstradisiyası üçün tədbirlər görülür.