Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən cinayət törətdiklərinə görə axtarışda olan şəxslərin aşkarlanması istiqamətində tədbirlər davam etdirilir.
Lent.az DSX-ya istinadən xəbər verir ki, 2018-ci ilin 5 mart tarixində “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycan Respublikasından Gürcüstana keçərkən, 2017-ci ildə ölüm hadisəsi törətməkdə şübhəli bilindiyinə görə barəsində axtarış elan olunmuş 11.11.1983-cü il təvəllüdlü, Rusiya vətəndaşı Mamedov İntiqam Novruz oğlu Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq DİN Tovuz rayon polis şöbəsinə təhvil verilib.