Martın 3-də Bakı şəhərinin Sabunçu rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Pirşağı qəsəbəsindəki bağ evində 1963-cü il təvəllüdlü Əliyev Şakir Firudin oğlu özünü asaraq intihar edib.
Daha bir intihar hadisəsi Yevlax rayonunda qeydə alınıb. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Yevlax şəhərinin Yeni Qaçqın məhəlləsi ev 4, mənzil 43 ünvanında 1973-cü il təvəllüdlü Rüstəmova Güldanə Etibar qızı qol damarlarını doğrayaraq intihar edib. 40 yaşlı qadın elektrik lampasının sınmış şüşəsi ilə biləyindəki venaları kəsib. O kəskin qanitirmədən hadisə yerindəcə keçinib.
Fevralın 3-də daha bir intihar hadisəsi Bakı şəhərinin Xətai rayonunda olub. Neapol küçəsi ev 16, mənzil 14 ünvanında 1950-ci il təvəllüdlü Qorkovskiy Stanislav İvanoviç özünü asaraq intihar edib. O yaşadığı mənzildə özünü asıb. S.Qorkovskiy ruhi xəstə olub.
Hər bir fakt üzrə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.