Azərbaycanda bıçaqla sağlamlığa ağır zərər vurmuş şəxslər yaxalanıb.
Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Sədərək Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 5-də Qəzənfər İbrahimova bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vuraraq hadisə yerindən qaçmış Nürəddin Qədimov tutulub.
Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 6-da Etibar Bağırova bıçaqla xəsarət yetirərək sağlamlığına ağır zərər vurmuş Bakı şəhər sakini Elnur Qulamov yaxalanıb.
Nizami Rayon Polis İdarəsi 24-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 10-da Rafiq Hüseynova bıçaqla xəsarət yetirərək sağlamlığına ağır zərər vurmuş Cəlilabad rayon sakini Sübhan Qardaşxanov tutulub.