Azərbaycanda 22 yaşlı qız özünü öldürüb - <span style="color:red;">YENİLƏNİB
01 may 2014 14:33 (UTC +04:00)

Azərbaycanda 22 yaşlı qız özünü öldürüb - YENİLƏNİB

0

Xaçmaz rayonunda 22 yaşlı qız özünü öldürüb. Lent.az-ın məlumatına görə, bu barədə Xaçmaz rayon prokurorunun böyük köməkçisi Əlibaba Şahvərənov ans-in bölgə müxbirinə bildirib. Məlumata görə, hadisə rayonun Müşkür kəndində qeydə alınıb. Kənd sakini, 1992-ci il təvəllüdlü Firuzə Fərhad qızı Ələkbərova yaşadığı evdə özünü asıb.

İntiharın səbəbləri məlum deyil. 22 yaşlı qızın ruhi xəstə olduğu bildirilir. Deyilənlərə görə, o, bir neçə dəfə özünü öldürmək istəyib. Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2282

Oxşar yazılar