Azərbaycanda 18 yaşlı qızı zəhərli ilan dişləyib - YENİLƏNİB
08 may 2014 17:53 (UTC +04:00)

Azərbaycanda 18 yaşlı qızı zəhərli ilan dişləyib - YENİLƏNİB

0

Cəlilabad rayonunda ilan sancma faktı qeydə alınıb.


 

APA-nın cənub bürosunun məlumatına görə, hadisə mayın 8-də günorta saatlarında rayonun Göytəpə şəhərindəki kartof sahəsində baş verib. Cəlilabad rayonunun Muğan kənd sakini, 18 yaşlı Susanə  Hacıxan qızı Abıyeva özlərinə məxsus əkin sahəsində kartofu suvararkən kolların dibində yatan  ilan qəfildən  onun ayaq nahiyəsini sancıb.

 

İlanı görmədiyi üçün əvvəl buna əhəmiyyət verməyən  Susanənin vəziyyəti tədricən pisləşib və o, yaxınları tərəfindən təcili olaraq Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıb.

 

Xəstəxanada S.Abıyeva müvafiq tibbi yardım göstərilib və hazırda vəziyyətinin stabil olduğu bildirilir.

 

Cəlilabad MRX-dan APA-nın yerli bürosuna verilən məlumata görə,  bu,  rayon ərazisində  cari mövsümdə  baş vermiş ilk ilan sancma hadisəsidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2526

Oxşar yazılar