Azərbaycanda 14 yaşlı oğlandan qəribə cinayət - TƏFƏRRÜAT
21 yanvar 2013 17:35 (UTC +04:00)

Azərbaycanda 14 yaşlı oğlandan qəribə cinayət - TƏFƏRRÜAT

Yeniyetmə iş adamının evindəki təhlükəsizlik kamerasını oğurladı

 

Qusar rayonunda qeyri-adi oğurluq hadisəsi baş verib. Rayon polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, yanvarın 19-da İsmət Həmidovun evindən müşahidə kamerası və kameraya məxsus yaddaş kartı oğurlanıb. Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən rayon sakini Şahmir Ağamirov saxlanılıb.

 

Məlumata görə, oğurluq etdiyinə görə tutulan Ş.Ağamirovun 14 yaşı var. Onun evinə girdiyi İ.Həmidov isə biznesmendir. İ.Həmidovun evinin həyətinə xeyli müddət imiş ki, naməlum şəxslər girirmiş. Şikayətçinin bildirdiyinə görə, oğrular evin ətrafındakı bağdan meyvələri yığıb aparırmış. Bundan sonra o, qapının ağzına təhlükəsizlik kamerası qoymaq qərarına gəlib. Lakin bu dəfə “obyekt”ə 14 yaşlı Ş.Ağamirovun “gözü düşüb”. Yeniyetmə kameranı və kartı dirəkdən qopararaq qaçıb.

 

Hadisə ilə əlaqədar Qusar RPŞ-də cinayət işi başlanılıb. Hazırda yeniyetmənin meyvə oğurluğunda əlinin olub-olmaması araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8223
avatar

Nizam Rza

Oxşar yazılar