Azərbaycana yasa gələn Rusiya vətəndaşının evdə meyiti tapıldı
07 sentyabr 2019 17:04 (UTC +04:00)

Azərbaycana yasa gələn Rusiya vətəndaşının evdə meyiti tapıldı

Sumqayıtda mənzildən meyit tapılıb. 
 
APA-nın yerli bürosunun məlumatına görə, şəhərin 10-cu mikrorayon ərazisində, ev 62 ünvanında mənzillərdən birində kişi meyiti aşkar olunub.
 
Ölən şəxsin Rusiya Federasiyasının vətəndaşı 1961-ci il təvəllüdlü Uszenov Vyaçeslav Maqammedoviç olduğu müəyyən edilib.
 
 
Onun Sumqayıta anasının yas mərasiminə gəldiyi bildirilir. Yas mərasimindən sonra ondan xəbər olmadığını görən qonşular müvafiq qurumlara müraciət ediblər.
 
Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 970
avatar

Oxşar yazılar