Azərbaycana qanunsuz mobil telefon keçirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikası ərazisinə mobil telefonların qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhdin qarşısı alınıb.
Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük nəzarəti zamanı həmin nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən 58 ədəd müxtəlif markalı mobil telefon və mobil telefonlara aid külli miqdarda aksesuar aşkar edilib.