Azərbaycan vətəndaşının Qazaxıstanda məcburi əməyə cəlb olunması faktı müəyyən edilib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Zərdab rayon sakini Rəsul Rəşidovun 2007-2012-ci illər ərzində Qazaxıstan Respublikasının Astana şəhərində, məcburi əməyə cəlb olunması İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilib.
Araşdırmalar davam etdirilir.