Azərbaycan və Fransa arasında sənədlər imzalandı
12 may 2014 12:26 (UTC +04:00)

Azərbaycan və Fransa arasında sənədlər imzalandı

Azərbaycan prezidenti İlham Əliyev və Fransa prezidenti Fransua Olland arasında nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş başa çatıb.


 

APA-nın verdiyi məlumata görə, daha sonra iki ölkə arasında sənədlərin imzalanması mərasimi keçirilib.

 

Elmin İnkişaf Fondu ilə Fransanın müvafiq qurumu, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi və Fransa Kənd Təsərrüfat və Emal Nazirliyi, Azərbaycan Nəqliyyat Nazirliyi və Fransa Nəqliyyat, Davamlı İnkişaf Nazirliyi, Azərbaycan Energetika Nazirliyi və Fransanın Ekologiya, Davamlı İnkişaf və Enerji Nazirliyi, Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Fransa Qadın Hüquqları, Şəhər, Gənclər və İdman Nazirliyi arasında əməkdaşlıq sazişləri imzalanıb.

 

Azərbaycan Təhsil Nazirliyi ilə Fransa Milli Təhsil, Ali Təhsil və Təhqiqat Nazirliyi arasında niyyət məktubuna da imza atılıb.

 

Daha sonra Azərbaycan prezidenti İlham Əliyev və Fransa prezidenti Fransua Olland prezidentlərin birgə bəyannaməsini imzalayıblar.

 

Sonra mətbuat konfransı keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 658
avatar

Oxşar yazılar