Azərbaycan üç İran vətəndaşını beynəlxalq axtarışa verdi
18 avqust 2015 17:52 (UTC +04:00)

Azərbaycan üç İran vətəndaşını beynəlxalq axtarışa verdi

0
Azərbaycan üç İran vətəndaşı barəsində beynəlxalq axtarış elan edib.

 

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 24 yaşlı Məcid Davoodi narkotik vasitələrin satışı, 46 yaşlı Hacəli Faşxorani və 30 yaşlı Masoud Babayi isə oğurluqda təqsirləndirilirlər.

 

Azərbaycan hüquq-mühafizə orqanları adıçəkilən şəxslərin barəsində dövlətlərarası axtarış elan edib və saxlanılmaları üçün İnterpola müraciət olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 250

Oxşar yazılar