Mayın 14-də Azərbaycan prezidenti İlham Əliyevin Avstriyaya rəsmi səfəri başa çatıb.APA-nın xəbərinə görə, Vyananın Şvexat beynəlxalq aeroportunda prezident İlham Əliyevi Avstriyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıb.
Həmin gün Azərbaycan prezidenti Bakıya qayıdıb. Heydər Əliyev beynəlxalq aeroportunda Azərbaycan prezidentini baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıb.