Azərbaycan ordusunun hərbçisindən qanunsuz hərəkət
21 yanvar 2013 10:48 (UTC +04:00)

Azərbaycan ordusunun hərbçisindən qanunsuz hərəkət

Sosial şəbəkələrdə Azərbaycan ordusunun hərbçisinin əsgərlərə işgəncə verməsi faktını əks etdirən foto yayılıb. Lent.az-ın məlumatına görə, hərbi hissələrdən birində taborda məxfi hissə rəisi kimi xidmət etdiyini bildirən və özünü Ülvi Namazlı kimi təqdim edən hərbçi əsgərləri soyundurub və onların kürəklərinə “GƏNCƏ” sözünü yazıb.

 

Əsgərlərin kürəklərinə diş pastası (yaxud hansısa başqa vasitə ilə) ilə yazılmış sözlə şəkil çəkdirən hərbçi daha sonra fotonu sosial şəbəkələrdə paylaşıb. Hərbçinin hərəkəti insanlarda narazılığa səbəb olub, şəbəkələrdə bununla bağlı müzakirələr aparılır.

 

Müdafiə Nazirliyindən Lent.az-a bildirilib ki, məsələyə gün ərzində münasibət bildiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6533
avatar

Nizam Rza

Oxşar yazılar