Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını güllələyib - <span style="color:red;">YENİLƏNİB
30 aprel 2014 10:53 (UTC +04:00)

Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını güllələyib - YENİLƏNİB

0

Azərbaycan Ordusunda silahlı insident olub.


 

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

 

Hərbi hissənin əsgəri Cavid Mirzəyevin əlindəki avtomat silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində açılan atəş onun əsgər yoldaşı Nəsimi Rüstəmova dəyib. Güllə yarası alan N. Rüstəmov hospitala yerləşdirilib. Yaralı əsgərin vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1248

Oxşar yazılar