Azərbaycan ordusunun əsgəri baş leytenantı güllələyib
19 aprel 2013 10:32 (UTC +04:00)

Azərbaycan ordusunun əsgəri baş leytenantı güllələyib

0

 

Naxçıvan Muxtar Respublikasının ərazisində N saylı hərbi hissəndə insident baş verib. Lent.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Hərbi Prokurorluğu məlumat yayıb. Prokurorluqdan azvision.az-a verilən məlumata görə, dünən saat 03:04 radələrində Naxçıvan Muxtar Respublikasının ərazisində N saylı hərbi hissənin əsgəri Şahverdiyev Rəfail Əli oğlunun ehtiyatsızlıqdan əlində avtomat silahdan açılıb. Atəş nəticəsində həmin hərbi hissənin tağım komandiri baş leytenant Məmmədov Elşən Mübariz oğlu aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırmanı Naxçıvan hərbi Prokurorluğu aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3208

Oxşar yazılar