Azərbaycan ordusu son 7 ildə 102 şəhid verib
12 may 2014 13:25 (UTC +04:00)

Azərbaycan ordusu son 7 ildə 102 şəhid verib

0

Ermənistan Silahlı Qüvvələri tərəfindən 2007-2013-cü illərdə cəbhə xəttində atəşkəs rejimi 7673 dəfə pozulub.

 

APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, son 7 ildə atəşkəs pozuntularının yüksələn dinamikası müşayiət olunmaqdadır.

 

Monitorinqə son 3 ildə, fərqli vaxtlarda cəbhə boyu baş vermiş intensiv döyüşlər daxil edilməyib.

 

APA-nın apardığı monitorinqlərə görə, atəşkəs rejimi 2007-ci ildə 575 dəfə, 2008-ci ildə 1250 dəfə, 2009-cu ildə 700 dəfə, 2010-cu ildə 1100 dəfə, 2011-ci ildə 772 dəfə, 2012-ci ildə 1480 dəfə, 2013-cü ildə isə 1796 dəfə pozulub. Atəşkəs pozuntuları ilə müşayiət olunan döyüşlərin 80%-i Qarabağ cəbhəsinin payına düşüb.

 

Son 7 ildə cəbhə xəttində atəşkəs pozuntuları ilə müşayiət olunan döyüşlərdə və mina partlayışlarından Azərbaycan Silahlı Qüvvələrinin 102 hərbi qulluqçusu şəhid olub, yüzə yaxın hərbçi isə yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 646

Oxşar yazılar