Moskvanın Puşkin meydanında yerləşən “Çayxona № 1” restoranında qiymətli üzük oğurlanıb.
Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, restoranda olan qonaqların biri tualetdə üzüyünü unudub. Sonradan həmin yerə gələrkən üzüyü yerində görməyib. Məlum olub ki, üzüyün qiyməti 1 milyon 500 min rubldur (40 min 700 manat). REN TV kanalının məlumatına görə, oğurlanan üzük “Miss Azərbaycan- 2010” yarışmasının qalibi Gülnarə Əlimuradovanındır.