Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri dünyasını dəyişib. Bu barədə APA-ya DSX-nin mətbuat mərkəzindən məlumat verilib.
Hadisə bu gün Lerik rayonu ərazisində yerləşən sərhəd zastavasında baş verib. İlkin məlumatlara görə, silahla davranış qaydalarının pozulması nəticəsində əsgər Səmədov Xəzər Ağa oğlu dünyasını dəyişib. O, həqiqi hərbi xidmətə Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsi tərəfindən çağırılıb.
Faktla bağlı cinayət işi başlanıb və hərbi prokurorluqla birlikdə araşdırma aparılır.
Əsgər X. Səmədovun valideynləri hadisə barədə məlumatlandırılıb və hərbi hissəyə dəvət olunublar.