Azərbaycan ölkədə həbsdə olan 100 iranlı məhbusun yaxın gələcəkdə azad edilməsini planlaşdırıb. Lent.az-ın məlumatına görə, “SalamNews” Mehr xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Azərbaycanın Tehrandakı səfiri Cavanşir Axundov deyib.
O, İranın Ərdəbil əyalətinə səfəri çərçivəsində iranlı məhbusların azad ediləcəyinin birtərəfli şəkildə həyata keçiriləcəyini bildirib.
Səfir Azərbaycanda həbsdə olan bütün İran məhbusları barədə verilən hökmlərin İranın aidiyyatı orqanlarına bildirildiyini, gələn həftələrdə 100 İran vətəndaşının azad ediləcəyini söyləyib.
Azərbaycan 100 iranlı məhbusu azad edəcək
577