Goranboyda qoca ər-arvadın qətli ilə bağlı bəzi məqamlar ortaya çıxıb. Lent.az-ın məlumatına görə, Qaradağlı kəninə gələn Todan kənd sakini 1975-ci il təvəllüdlü Sübhay İbrahimov 1932-ci il təvəllüdlü Məmmədov Tahir Allahverdi oğlunu və onun həyat yoldaşı, 1934-cü il təvəllüdlü Məmmədova Sona Hüseyn qızını tamah məqsədi ilə qətlə yetirib. Gecə saatlarında ahıl şəxslərin yaşadığı mənzilə soxulan 39 yaşlı kişi onları öldürdükdən sonra evi talan edib. S.İsmayılovun mənzildən xeyli miqdarda pul və qiytmətli əşya götürdüyü müəyyən edilib.
Faktla bağlı Goranboy rayon Prokurorluğunda başlanmış cinayət işinin istintaqı davam etdirilir.
*****
13:13
Goranboyda qoca ər-arvadı öldürən şəxs tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində noyabrın 22-də Goranboy rayon sakinləri Tahir Məmmədovu və onun arvadı Sonanı qətlə yetirmiş Todan kənd sakini Sübhay İbrahimov tutulub.
Araşdırmalar davam etdirilir.