Gənclər və idman naziri Azad Rəhimov sentyabrın 17-də Gəncədə vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qəbulda Gəncə, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Naftalan və Tovuz rayonlarının sakinləri iştirak edəcəklər.
Görüş saat 11:00-da Gəncə Dövlət Aqrar Universitetinin Baş binasında başlanacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar şənbə və bazar günləri də daxil olmaqla sentyabrın 16-dək saat 09.00-dan 18.00-dək adları çəkilən şəhər və rayonların gənclər və idman idarələri ilə əlaqə saxlaya bilərlər.