Aydın Əliyev BMT-dən gələn qonaqlarla görüşüb
01 mart 2018 16:38 (UTC +04:00)

Aydın Əliyev BMT-dən gələn qonaqlarla görüşüb

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və Ümumdünya Gömrük Təşkilatının "Konteyner daşımalarına nəzarət üzrə Qlobal Proqram"ının koordinatorlarının illik iclasında iştirak etmək üçün Azərbaycana gələn "Konteyner daşımalarına nəzarət üzrə Qlobal Proqram"ın ÜGT-dən olan baş koordinatoru Norbert Steyln, BMT NCİ-dən olan baş koordinatoru Ketil Ottersen, Cənubi Qafqaz və Qara Dəniz ölkələri üzrə regional koordinatoru Naida Chamilova ilə görüşüb.

Komitədən Lent.az-a verilən məlumata görə, qonaqları səmimiyyətlə salamlayan Aydın Əliyev Azərbaycan Gömrük Xidməti ilə Ümumdünya Gömrük Təşkilatı və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi arasında mövcud əlaqələrdən söhbət açıb, bu əlaqələrin bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə edib. 2011-ci ildə Bakıda BMT-nin dəstəyi ilə Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Beynəlxalq Konfransa Azərbaycanın ev sahibliyi etdiyini məmnunluqla xatırladan Komitə sədri bu mötəbər tədbirin əhəmiyyətindən danışıb, ümumiyyətlə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində Azərbaycan Gömrük Xidmətinin son illər həyata keçirdiyi məqsədyönlü tədbirlərdən ətraflı bəhs edib.

 

Azərbaycan Gömrük Xidmətinin Ümumdünya Gömrük Təşkilatı ilə fəal əməkdaşlıq etdiyini bildirən DGK sədri Aydın Əliyev Azərbaycanda ÜGT-nin üç regional strukturu - Tədris Mərkəzi, Potensialın Gücləndirilməsi üzrə Avropa Ofisi və Kinoloji Mərkəzin yerləşdiyini, bu mərkəzlərdə bir sıra ölkələrdən ekspertlərin iştirakı ilə önəmli treninqlərin, seminarların keçirildiyini, gələcəkdə də bu tədbirlərin davam etdirilməsinin vacib olduğunu söyləyib. Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriyanın Azərbaycana səfərlərini, dəfələrlə Prezident İlham Əliyevlə keçirdiyi görüşləri məmnunluqla qeyd edən Aydın Əliyev ÜGT ilə Azərbaycan Gömrük Xidməti arasında əlaqələrin gələcək perspektivlərindən danışıb.

 

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun inkişafı, biznes mühiti və sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması, beynəlxalq ticarətin asanlaşdırılması və sürətləndirilməsi, tranzit potensialının gücləndirilməsi, turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edən DGK sədri sözügedən sahələrdə mühüm nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, gömrük işinin təşkili istiqamətində də ciddi uğurlar əldə olunub. Son illər həyata keçirilən mütərəqqi islahatlar, müasir tətbiqlər hesabına gömrük orqanları dinamik şəkildə inkişaf edərək nəinki ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda, beynəlxalq ticarətin təhlükəsiz və sürətli şəkildə həyata keçirilməsində mühüm rol oynayan quruma çevrilib.

 

"Konteyner daşımalarına nəzarət üzrə Qlobal Proqram"ın icrası çərçivəsində həyata keçirilən tədbirlərdən də söhbət açan Komitə sədri bu istiqamətdə işlərin ürəkaçan olmadığını, konteyner daşımalarına nəzarətin səmərəliliyinin artırılması və bu sistemin tətbiqi üçün işçi qrupunun yaradılacağını bildirib və gələcəkdə qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsini özündə ehtiva edən memorandumun imzalanmasının önəmini qeyd edib.

 

Səmimi görüşə görə təşəkkür edən "Konteyner daşımalarına nəzarət üzrə Qlobal Proqram"ın ÜGT-dən olan baş koordinatoru Norbert Steyln Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib, Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və ÜGT-nin "Konteyner daşımalarına nəzarət üzrə Qlobal Proqram"ının koordinatorlarının illik iclasının keçirilməsində dəstəyinə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə minnətdarlığını bildirib.

 

Norbert Steyln "Konteyner daşımalarına nəzarət üzrə Qlobal Proqram"ın icrası prosesində Azərbaycan gömrüyünə bundan sonra da tam dəstək göstərəcəklərini bildirib, eyni zamanda, Əfqanıstan və Pakistan gömrükçüləri üçün ÜGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində sərhədlərin təhlükəsizliyi ilə bağlı təlimlərin keçirilməsinə şərait yaradılmasını xahiş edib.

 

DGK sədri Aydın Əliyev Əfqanıstan və digər ölkələrin gömrük xidmətləri əməkdaşları üçünÜGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində bir neçə dəfə təlimlərin təşkil olunduğunu və bundan sonra da bu istiqamətdə lazımi dəstəyin göstəriləcəyini diqqətə çatdırıb.

 

Görüş başa çatdıqdan sonra qonaqlar Dövlət Gömrük Komitəsində gömrük xidmətinin müasirləşdirilməsilə bağlı layihələr və "Hədəf" Mərkəzi ilə tanış olublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 166
avatar

Oxşar yazılar

Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43
Güclü külək Zaqatalada fəsadlar törətdi

Güclü külək Zaqatalada fəsadlar törətdi

14 dekabr 2024 , 08:19
Bakıda BƏDBƏXT HADİSƏ:  Yeniyetmə məşqdə boğulub öldü

Bakıda BƏDBƏXT HADİSƏ: Yeniyetmə məşqdə boğulub öldü

14 dekabr 2024 , 03:10
Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü

Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü

13 dekabr 2024 , 19:46
11 yaşlı məktəbli qız özünü asdı

11 yaşlı məktəbli qız özünü asdı

13 dekabr 2024 , 19:07
Evdə ana və 3 uşağının  meyiti tapıldı

Evdə ana və 3 uşağının meyiti tapıldı

13 dekabr 2024 , 18:15