Aydın Əliyev Ağdaşda vətəndaşları qəbul edəcək
28 iyun 2016 14:29 (UTC +04:00)

Aydın Əliyev Ağdaşda vətəndaşları qəbul edəcək

0

 

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev iyulun 2-də  Ağdaşda vətəndaşları qəbul edəcək.

 

Komitədən Lent.az-a verilən məlumata görə, Ağdaş şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutacaq qəbul zamanı bölgədə yerləşən rayonların - Ağdaş, Göyçay, Yevlax, Ucar rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

 

Qəbulda iştirak etmək istəyən vətəndaşlar iyulun 1-i saat 11:00-dək “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs - Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Yevlax Gömrük İdarəsi (əlaqə telefonu: ((022) 336-44-27) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 274

Oxşar yazılar