Ayaz Mütəllibovun həyat yoldaşı dəfn olundu - FOTO - YENİLƏNİB
05 iyul 2019 16:42 (UTC +04:00)

Ayaz Mütəllibovun həyat yoldaşı dəfn olundu - FOTO - YENİLƏNİB

0
Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun bu gün vəfat edən həyat yoldaşı Ədilə Mütəllibova dəfn olunub.
 
APA-nın xəbərinə görə, Ə. Mütəllibova Yasamal qəbiristanlığında torpağa tapşırılıb.
 
Ə. Mütəllibovanın 3 mərasimi iyulun 7-də Təzəpir məscidində keçiriləcək. 
 
***
 
15:29
 
 
Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun bu gün vəfat edən həyat yoldaşı Ədibə Mütəllibova ilə vida mərasimi davam edir.
 
APA-nın xəbərinə görə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın adından vida mərasiminə əklil göndərilib. 
 
***
 
14.49
 
Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun bu gün vəfat edən həyat yoldaşı Ədibə Mütəllibova ilə vida mərasimi başlayıb.
 
APA-nın xəbərinə görə, mərhumun yas mərasimi Təzəpir məscidində keçirilir.
 
Qeyd edək ki, 81 yaşlı Ədilə Mütəllibova uzun sürən xəstəlikdən dünyasını dəyişib.
 
Ə.Mütəllibova bu gün Yasamal qəbiristanlığında dəfn olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1677

Oxşar yazılar