Ayaqqabılarının altında 1 kilo 235 qram heroin gizlətdi
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə külli miqdarda narkotik vasitə keçirən İran və Türkiyə vətəndaşları saxlanılıb.
DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, polis əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında Astara şəhəri ərazisində Mərkəzi bazarın qarşısında İran İslam Respublikasının vətəndaşı Reza Delaemilan və Türkiyə Cümhuriyyətinin vətəndaşı Haydar Yaba saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib.
Astara RPŞ-də onların üzərinə keçirilən baxış zamanı hər ikisinin ayaqqabılarının alt hissəsində gizlədilmiş ümumilikdə 1 kiloqram 235 qram narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
451