Bakıda axund qardaşını qətlə yetirməkdə təqsirləndirilən Hüseynbala Şamilovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Fikrət Qəribovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı müəyyənləşməyib.
Qeyd edək ki, bu il martın 31-də Sabunçu rayonunun Zabrat qəsəbəsində Hüseynbala və Hacı Kamran Şamilov qardaşları arasında torpaq bölgüsü üstündə münaqişə yaşanıb. Hüseynbala Şamilov münaqişə zəminində qardaşını ov tüfəngindən güllələyib. K.Şamilov aldığı yaradan ölüb. Bildirilir ki, Hacı Kamran Şamilov Bakı məscidlərindən birinin axundu olub.