Axundun qardaşını öldürənin məhkəməsi başladı
Bakı Ağır Cinayətlər Məhkəməsində axund qardaşını qətlə yetirməkdə təqsirləndirilən Hüseynbala Şamilovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb..
APA-nın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı avqustun 6-a təyin edilib.
Qeyd edək ki, bu il martın 31-də Sabunçu rayonunun Zabrat qəsəbəsində Hüseynbala və Hacı Kamran Şamilov qardaşları arasında torpaq bölgüsü üstündə münaqişə yaşanıb. Hüseynbala Şamilov münaqişə zəminində qardaşını odlu silahla güllələyib. K.Şamilov aldığı yaradan ölüb.
Bildirilir ki, Hacı Kamran Şamilov Bakı məscidlərindən birinin axundu olub.
437