Axtarışda olan 9 nəfər tutulub
05 sentyabr 2013 14:21 (UTC +04:00)

Axtarışda olan 9 nəfər tutulub

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 46 cinayət faktı qeydə alınıb, onların da 15-i “isti izlər”lə açılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 27 nəfər tutulub.

 

# 503
avatar

Oxşar yazılar