AXCP-nin təşkilat şöbəsinin müdiri Rafiq Daşdəmirlinin oğlu Sənan Daşdəmirli bu gün azadlığa buraxılıb.
Lent.az-ın azadliq.info-ya istinadən məlumatına görə, Sənan Daşdəmirlinin barəsində seçilmiş 3 aylıq həbs-qətimkan tədbiri başa çatıb. Nərimanov rayon Məhkəməsində onun barəsində qətimkan tədbirinin artırılmasına baxılıb. Məhkəmənin qərarı ilə Sənan Daşdəmirli barəsində 2 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.