Avtoxuliqan avtomobili kanala aşırıb
25 iyun 2014 03:25 (UTC +04:00)

Avtoxuliqan avtomobili kanala aşırıb

Şirvanda  avtoxuliqanlıq edən sürücü yol-nəqliyyat hadisəsi törədib. APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə,  hadisə gecə yarısı Şirvan şəhərinin H.Əliyev prospektində Baş Şirvan Kollektorunun üstündən keçən körpüdə baş verib.   Şirvan sakini 1991-ci il təvəllüdlü Hüseynov Fərid Ağakişi oğlu “Reno” markalı  99 FM 547 dövlət nömrə nişanlı  avtomabili yüksək sürətlə hərəkətdə olarkən  idarəetməni itirib. Nəticədə avtomobil 9 metrlik körpünün beton və metal sədlərini dağıdaraq, hündürlükdən  kanala düşüb.

 

Avtomobildə olan sürücü Fərid Hüseynov və  sərnişin Şirvan sakini 1986-cı il təvəllüdlü Nağıyev Mübariz Zabil oğlu avtomobildən çıxaraq, kanaldan üzüb xilas olublar.

 

Hər iki şəxs yüngül xəsarət alaraq, Şirvan şəhər mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. 

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 974
avatar

Oxşar yazılar