Avtomobilin vurduğu at öldü - <span style="color:red;">YENİLƏNİB
03 oktyabr 2014 16:22 (UTC +04:00)

Avtomobilin vurduğu at öldü - YENİLƏNİB

İki gün əvvəl Bakı-Şamaxı yolunun Qobustan ərazisindən keçən hissəsində avtomobilin vurduğu ata yardım cəhdi edilsə də, onu xilas etmək mümkün olmayıb. Lent.az-ın məlumatına görə, Dövlət Baytarlıq Xidmətindən anspress-ə bildirilib ki, xəsarət almış heyvan iynə vurularaq yatızdırılıb. 

Hər iki ön ayaqları qırılmış at yaşlı olması və zədələrinin çox olması səbəbindən yatızdırılıb. 

 

 

*****

 

15:39

İki gün öncə Bakı-Şamaxı magistral yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində, Ceyrankeçməz körpüsünün yanında yüksək sürətlə hərəkət edən avtomobil atı vurub. Lent.az milli.az-a istinadən məlumatına görə, sakinlər lazımi qurumlara müraciət etsələr də, ata sahib çıxan olmayıb. Bu hadisə sosial şəbəkələrdə və mediada səs-küyə səbəb olub. 


Artıq bu gün səhər həmin əraziyə yollanan bir neçə nəfər ata kömək etmək üçün əraziyə qaldırıcı kran və yük maşını gətiriblər. 

Hal-hazırda at müalicə üçün Bakıya gətirilir. "Facebook"da isə atın müalicəsi üçün kompaniya başladılıb və kömək edə biləcək şəxslərdən pul toplanılır. 

 

Ramanaya aparılacaq heyvana orada baytarlar və cərrah tərəfindən yardım göstəriləcək.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2068

Oxşar yazılar