Şamaxı şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 21-də saat 04 radələrində Şamaxı şəhərində Bakı şəhər sakini Bəhrəm Xankişiyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı divara vurub. Xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.
BDYPİ tərəfindən araşdırma aparılır.