Biləsuvarda ağır qəza baş verib.
Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabrın 2-də saat 23.40 radələrində Biləsuvar rayonu Xırmandalı kəndinin ərazisində Cəlilabad rayon sakini Nicat Quliyev idarə etdiyi “VAZ-21154” markalı avtomaşını dərəyə aşırıb.
Nicat Quliyev hadisə yerində ölüb. Biləsuvar Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.