Azərbaycanın bir sıra bölgələrində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 21-də saat 01 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Xankişi Xankişiyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən həmyerlisi Rəşad Zöhrabovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Nərimanov RPİ tərəfindən araşdırma aparılır.
Ötən gün saat 01 radələrində Quba rayonunun Vladimirovka kəndində rayon sakini Habil Muradovun idarə etdiyi “VAZ-2106” və Qusar rayon sakini Bəxtiyar Sadirovun idarə etdiyi “AzSamand” markalı avtomobillər toqquşub. Nəticədə B.Sadirovun sərnişinlərindən Rusiya Federasiyası vətəndaşı Lida Madirsultanova hadisə yerində ölüb, digər 2 sərnişini, habelə H.Muradovun 1 sərnişini, eləcə də hər 2 sürücü xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Oktyabrın 8-də saat 19 radələrində Lənkəran rayonunun Boladi kəndində Bakı şəhər sakini Zaur Fərziyev idarə etdiyi “Mercedes” markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə onun 2 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Humayə Fəzriyeva oktyabrın 21-də orada dünyasını dəyişib. Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.
Oktyabrın 18-də saat 21 radələrində Xızı rayonunun Giləzi qəsəbəsində Siyəzən şəhər sakini Tərlan Məmmədov idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolu keçən Xızı rayon sakini Etibar Hüseynovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada oktyabrın 21-də orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.