Bakı-Şamaxı yolunda ağır qəza: ölən var
19 yanvar 2015 10:14 (UTC +04:00)

Bakı-Şamaxı yolunda ağır qəza: ölən var

Bakı-Şamaxı avtomobil yolunun 16-cı kilometrliyində "MERCEDES" və "NİVA" markalı minik avtomobillərinin toqquşması nəticəsində qəza baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbərinə görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, dərhal hadisə yerinə FHN-nin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "NİVA" markalı minik avtomobilinin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Xilasedicilər deformasiyaya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyiti çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

 

Əməliyyat saat 07:44-də başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 192

Oxşar yazılar