Avtomobil inəyi, inək piyadanı vurdu
24 aprel 2014 13:00 (UTC +04:00)

Avtomobil inəyi, inək piyadanı vurdu

0

Aprelin 23-də saat 01 radələrində Göygöl rayonu Hacıməlik kəndinin ərazisində yol qəzası baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, müəyyən edilməmiş avtomobillə yolun hərəkət hissəsində dayanmış inək vurulub. Daha sonra inək yaxınlıqda olan kənd sakini Fərmail Tağıyevə dəyib.

F.Tağıyev xəstəxanaya yerləşdirilib. BDYPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 983

Oxşar yazılar