Avropa çempionatında 9 medal
22 avqust 2013 15:52 (UTC +04:00)

Avropa çempionatında 9 medal

Parataekvondo üzrə Azərbaycan milli komandası Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş Avropa çempionatında 9 medal qazanıb. Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yığmamız 2 qızıl, 2 gümüş, 5 bürünc medala sahib olub.

 

Əbülfəz Abuzərli (68 kq) və ikiqat dünya çempionu Vüsal İsmayılov (+80 kg) qızıl, Nicat Müslümov (68 kq) və Emin Nüsrətdinov (58 kq) gümüş, Aynur Məmmədova (57 kq), Bahar Şıxəliyeva (49 kq), Cahangir Bayramov (+80 kq), Rövşən Rzayev (80 kq), Aleksandr Poluşuk (80 kq) isə bürünc medala yiyələnib. Bu nəticə ilə millimiz ümumi komanda hesabında 3-cü olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 398
avatar

Oxşar yazılar