Atəşkəs yenidən pozulub
09 may 2014 10:40 (UTC +04:00)

Atəşkəs yenidən pozulub

Dünən və bu gecə erməni silahlı bölmələri cəbhə xəttində atəşkəsi yenidən pozublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.  
 

Ağdam rayonunun Yusifcanlı, Tərtər rayonunun Göyarx, Cəbrayıl rayonunun Mehdili, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, Füzuli və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.  
 

Düşmən cavab atəşi ilə susdurulub.

# 391
avatar

Oxşar yazılar