Atəşkəs 49 dəfə pozulub
15 yanvar 2015 10:06 (UTC +04:00)

Atəşkəs 49 dəfə pozulub

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 49 dəfə pozulub. Lent.az-ın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri Ermənistan Respublikasının İcevan rayonunun Paravakar, Vazaşen kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Ağbulaq kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.


Tərtər rayonunun Çiləbürt, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Şuraabad, Kəngərli, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. 

 

Düşmən cavab atəşi ilə susdurulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 141

Oxşar yazılar