Atəşkəs yenə pozuldu
26 aprel 2014 12:11 (UTC +04:00)

Atəşkəs yenə pozuldu

0

Düşmən hərbçiləri atəşkəsi yenidən pozub. Bu barədə Lent.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. 

 

Füzuli rayonunun Aşağı Veysəlli, Ağdam rayonunun Yusifcanlı, Cəbrayıl rayonunun Mehdili, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. 

Düşmən cavab atəşi ilə susdurulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 770

Oxşar yazılar