Atəşkəs 82 dəfə pozulub
21 noyabr 2015 10:02 (UTC +04:00)

Atəşkəs 82 dəfə pozulub

Son sutka ərzində erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini ümumilikdə 82 dəfə pozub.


Lent.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Yarımca, Göyarx, Çaylı, Ağdam rayonunun Cəvahirli, Kəngərli, Sarıcalı, Şıxlar, Novruzlu, Baş Qərvənd, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 95 dəfə atəş zərbəsi endirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 152
avatar

Oxşar yazılar