Atəşkəs 59 dəfə pozulub
11 avqust 2014 09:49 (UTC +04:00)

Atəşkəs 59 dəfə pozulub

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 59 dəfə pozulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Əlibəyli və Ağdam kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.


Noyemberyan rayonunun Voskepar və İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara, Quşçuayrım və Qızılhacılı kəndlərində yerləşən mövqelərimiz də atəşə məruz qalıb. 


Ağdam rayonunun Şuraabad, Qaraqaşlı, Şıxlar, Sarıcalı, Cəvahirli, Tərtər rayonunun Çiləbürt, Göyarx, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. 


Düşmən cavab atəşi ilə susdurulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 736
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar