Astaradakı keçid məntəqəsindən İrana buraxmırlar
30 aprel 2013 22:36 (UTC +04:00)

Astaradakı keçid məntəqəsindən İrana buraxmırlar

0

Aprelin 30-da Astara Gömrük Keçid Məntəqəsindən İrana getmək istəyən Azərbaycan vətəndaşları geri qaytarılıb.


Lent.az-ın məlumatına görə, bu barədə «AzadlıqRadiosu»na sərhəddən geri qaytarılanlardan biri, Astara rayon sakini Qurbanəli Əliyev məlumat verib.

Onun dediyinə görə, İran gömrükçüləri sərhədin 3 gün bağlı olacağını bildiriblər.

Qonşu ölkədən Azərbaycana gələnlərlə bağlı isə heç bir  problem yoxdur.

Mənbə bildirib ki, hər gün Astara Gömrük-Keçid Məntəqəsindən İrana 400-450 nəfər adam keçir. Onların arasında xırda ticarətlə məşğul olanlar üstünlük təşkil edir.

Astara Gömrük - Keçid Məntəqəsindən məlumatı təsdiqləyib və bunun İran tərəfinin həyata keçirdiyi profilaktik tədbirlərlə bağlı olduğunu deyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1162

Oxşar yazılar