Astarada ər arvadını bıçaqlayıb
07 iyul 2019 20:55 (UTC +04:00)

Astarada ər arvadını bıçaqlayıb

0

 

Astarada ər arvadına 5 bıçaq zərbəsi vurub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Kolatan kəndində baş verib. Kənd sakini, 1982-ci il təvəllüdlü Ramin Cəfər oğlu Quliyev həyat yoldaşını atası evində bıçaqlayıb.

Döş qəfəsindən bıçaq xəsarətləri alan 1983-cü il təvəllüdlü Elazə Şirməmməd qızı Quliyeva dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Əməliyyatdan sonra Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 905

Oxşar yazılar