Vəkil Aslan İsmayılov sərbəst buraxılıb. Bu barədə APA-ya vəkil özü məlumat verib.
A. İsmayılovun sözlərinə görə, bu gün günorta saatlarında mətbuat konfransı keçirdikdən sonra müdafiə etdiyi Rəşad Ramazanovla görüşmək üçün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gedib. Orada bildiriblər ki, Nərimanov Rayon Polis İdarəsinin rəisi onunla görüşmək istəyir: “Getmək istəməsəm də, məni maşına oturdub Nərimanov Rayon Polis İdarəsinə apardılar. Orda günorta keçirdiyim mətbuat konfransında səsləndirdiyim fikirlərlə bağlı söhbət apardıqdan sonra sərbəst buraxdılar”.